Qadin.NET / Qadının fantaziyaları

Qadının fantaziyaları

Qadının fantaziyaları

Zərif cinsin nümayəndələrinin fantaziyalarındakı  rəngli rəsmdən həzz almaq üçün rəssam və ya yazıçı olmaq mütləq deyil. Əsasən də əgər onlar...erotikdirlərsə. Qadınlar belə fantaziyalardan utanır, onlardan yan keçməyə çalışırlar. Sevdiyi insan ona yaxınlaşıb, cinsi əlaqədə olmaq üçün cəhd etməsə, qadın bu istəyini elə içindəcə boğacaq.

Bəs görəsən, o demədən bu fantaziyaları necə öyrənmək olar? Sənə maraqlıdır? Onda aşağıdakı siqnalları əzbərləməyə başla...

SİQNAL 1.

O, dodağının altında mızıldanıb, mahnı oxuyur. Hərdən sənə bic-bic baxıb, gülümsəyir. Demək, ehtiraslanıb.

SİQNAL 2.

O, tez-tez romantik şam yeməyindən söhbət açır. Rəfiqəsinin sevgilisi və ya həyat yoldaşı ilə dəniz kənarında, qum üstündə keçirtdiyi xoş anlardan həvəslə danışır. Bunun sənin ünvanına yönləndirilmiş bir işarə olduğunu anlamamaq mümkün deyil. O, fərqli bir məkanda yaxınlıq etmək arzusundadır: qum üstündə, yağış altında, meşədə.

SİQNAL 3.

Əgər söhbət ərəfəsində o, qollarını tez-tez açıb-bükürsə demək, onu möhkəm qucaqlayıb, sinənə sıxmağını arzulayır.

SİQNAL 4.

O, sənin qalstukuna baxırsa, yaxalığını düzəldirsə, öz saçlarını sığallayırsa, demək, sən onun üçün maraqlısan. Amma bu o demək deyil ki, səninlə intim münasibətə hazırdır.

SİQNAL 5.

Qadının fantaziyaları
 

Onun toxunuşları çox şey ifadə edir: əlini sıxan anda ovucunu fırladırsa, demək, sənə tabe olmağa hazırdır. Ovuclarını bir-birinə sürtürsə, səninlə yalnız dost olmaq istəyir. Əgər öz əllərinə və dirsəyinə toxunursa, demək, onun xoşuna gəlirsən.

SİQNAL 6.

Hər dəfə onunla qarşılaşanda fərqli görünür: saçları səliqəlidir, ətrinin iyi aləmə yayılıb, əynində çox gözəl paltar var...Bütün bunlar sənə gözəl görünmək üçün edilib. O, sənin xoşuna gəlməyi xəyal edir.

SİQNAL 7.

Gah əlini belinə qoyur, gah da baş barmağını sığallayır, gah da saçını oynadır... Bu, “səni istəyirəm” siqnalıdır. Yəqin bundan sonra nə edəcəyini daha yaxşı bilərsən.

SİQNAL “SON”.

Şəhadət barmağını burnuna sürtür, digərləri ilə ağzını bağlayıb – o, sənə inanmır və səni yenidən görməyi heç arzulamır. Münasibətə son qoymaq vaxtıdır.

 Nəzərə al!

Kaliforniya Universitetinin professorları 16 min qadın arasında apardıqları araşdırma nəticəsində sübut ediblər ki, ombası böyük olan xanımların övladları ağıllı olurlar. Çünki qadının  ombasında çoxlu “Omeqa-3” turşusu yığılır. Bu da hamiləlik vaxtı körpəyə ötürülür.

21 sentyabr 2011
GO BACK