Qadin.NET / Kişi klimaksı nədir?

Kişi klimaksı nədir?

Qadınlar kimi kişilər də yaş və hormonal dəyişikliklərlə bağlı həyatının müəyyən dövründə klimaks sözü ilə üz-üzə qalacaqlar. Təəssüf ki, bir çox kişilər yalnız qadınların klimaks keçirdiyini düşünüb, ölənə kimi cinsi aktiv olacaqlarını düşünürlər.

Kişi klimaksı nədir?

Klimaks dövrünə qədəm qoyan kişinin orqanizmində cinsiyyət orqanlarının funksional aktivliyinin geridönməz şəkildə azalmasıdır. Bu hal tamamilə normaldır, xəstəlik hesab olunmur, tez həkimə gedib, müalicə etdirməyə ehtiyac yoxdur.

Kişilər üçün bu müddətin başlanması orqanizmdə elə də ağrı, halsızlıq, fəsad yaratmır, amma güclü psixoloji zərbə vurur, depressiya yaradır ki, bu halda kişilərə psixonevroloji korreksiya lazım olur.

Uzun illər indiyə kimi alimlər tibbi lüğətə KİŞİ KLİMAKSI terminini daxil edib-etməmək barədə düşünüblər. Çünki qadınlardan fərqli olaraq, heç də bütün kişilərin yaşlı dövrdə reproduktiv funksiyası itmir. Yəni elə kişi var ki, 80 yaşında ata ola bilir. Hansı ki, bu qadınlarda mümkün deyil.

Lakin fakt faktlığında qalır, cinsiyyət vəzilərinin aktivliyinin azalması orqanizmdə mütləq dəyişikliklər yaradır.

Kişi klimaksı nədir?

Tibbdə kişi klimaksı Adrenopauza adlanır. Məhz androgenlərin ifrazının sönməsi, reproduktiv funksiyanı azaldır, kişilərin ürək-damar, uroloji və s. sistemlərinə təsir edir. Qadınlarda klimaks yaş dövrü 47-55 yaş arasında başlaya bilir. Kişilərdə isə bu yaş həddi yoxdur. Yəni 40-75 yaş arası istənilən vaxt başlaya bilər. Rəsmi statistikaya görə, 8% kişilər 40-50 yaşlarında klimaksla qarşılaşır. Klimaksın başlaması qanda testosteronun getdikcə azalması ilə təyin olunur. Kişilərdə bu hormonun azalması 31 yaşdan sonra başlayır. Ildə 1-3% azalmağa doğru gedib, 50 yaşdan sonra ildə 10-20%-ə qədər azalır.

Kişilər üçün bu hal təbii olsa da, bunu sürətləndirən faktorlar da var: alkoqol, siqaret, infeksiyalar, sidik sistemində patologiyalar, yumurtalarda problemlər, artıq çəki, xroniki xəstəliklər, endokrin sistem və ürək xəstəlikləri, qidalanma, stress, həyat tərsi və s.

Kişi klimaksı nədir?

Kişi klimaksının simptomları:

-Cinsi istəyin azalması, cinsi aktların sayında azalma

-Ereksiyanın pizləşməsi, spontan ereksiyanın itməsi

-Cinsi orqan da az hissiyyatlı olur

-Sperma ifrazında azalma

-Tez-tez sidiyə getmə

-Əsəbilik, depressiya, qıcıqlanmaq, tez yorulma

-Ürəkdə problemlər, ürək ritminin pozulması

-Qanda lipid səviyyəsinin artması

-Dərinin quruması, qabıqlanması

-Bədənin müxtəlif nahiyələrində pis toplanması

 

Diaqnostikası:

-Testosteronun yoxlanması

-Hormonal müayinə- follikulstimulyasiya, lütein

-Resproduktiv funksiyaların yoxlanması

 

Nə etməli?

Bu təbii prosesin müalicəsi yoxdur. Amma əgər erkən təyin olunubsa, o zaman dəstəkləyici terapiya kimi testosteron tərkibli preparatlar təyin etmək olar. Kişinin yaşından asılı olaraq doza seçilir. Bundan əlavə fizioterapiya, nevroloji müalicə, müalicəvi idman və s. kimi tədbirlər seçilə bilər.

Profilaktika məqsədilə zərərli vərdişlərdən zuaq olmaq, yüksək fikizi və cinsi aktivliyi qorumaq, yaxşı qidalanmaq lazımdır.

 

Milli.Az

10 avqust 2018
GO BACK