Qadin.NET / Sabahı gün həbləri

Sabahı gün həbləri

 

 

Bu həblər qorunmasız cinsi əlaqədə olduqdan sonra və ya istifadə edilən hamiləlikdən qorunma vasitəsinin müvəffəqiyyətsiz olma ehtimalına qarşı (prezervativin cırılması, yerindən çıxması kimi) hamiləliyin önlənməsində tətbiq olunur. Bir başqa istifadə sahəsi də təcavüz hadisələrində qadının hamilə qalmasının qarşısını almaqdır.

Qorunmasız cinsi əlaqədən sonra ilk 72 saat içində yüksək doza östrojen və progesteron hormonu ehtiva edən həb içilir. Bu həblər uşaqlığın daxili pərdəsinin xüsusiyyətini pozaraq döllənmiş yumurtanın uşaqlıq daxilində məskunlaşmasına mane olur. 12 saat ərzində doza təkrarlanır. Əgər gecikmə olsa hamiləlik araşdırılmalıdır.
Əczaxanalarda dəyişik adlarda reseptsiz olaraq satılır. Qoruyuculuq nisbəti ilk 24 saat içində alınsa 95 %, ikinci gün 85 %, üçüncü gün 58 %-dir, 72 saatın sonunda qoruyuculuğu son dərəcə aşağıdır.
Sabahı gün həbləri ancaq çox xüsusi vəziyyətlərdə tətbiq olunmalıdır və vərdiş halına gətirilməməlidir.
Yüksək doza östrojen ehtiva etdiyi üçün hamiləlikdən qorunma həbi istifadə zamanı sağlamlığına təhlükə yaranan şəxslərdə zərərli ola bilər. Ayrıca, qoruyuculuğunun 100 % olmadığını bilmək lazımdır. Meydana gəlmiş hamiləliyə təsiri yoxdur.
Ürək bulanması, qusma, döşdə həssaslıq, baş ağrısı, qarın ağrısı və ləkələr şəklində qanama kimi yan təsirlər görülə bilər.

22 iyul 2011
GO BACK