Prezervativ cinsi əlaqə əsnasında kişi cinsi orqanına taxılan kauçuk bir örtükdür. AIDS-in yayılması ilə bağlı olaraq bütün ölkələrdə istifadəsi artmaqdadır.Hamiləliyə qarşı ən təhlükəsiz qoruma üsulu olan bu qoruyucu vasitə hormonal dərmanlardan, spiral və s. yaxşıdır.Ucuz prezervativlər tez cırıla və qadının hamilə qalmasına şərait yarada bilər.Bu qoruyucuların forması,ölçüsü,rəngi və qoxusundan ibarət formaları var. Üzərində xırda qabarıq nöqtələr və digər formalar olan prezervativlər də var,bu qadının uşaqlıq yolunun hissiyatını artırmaq üçündür.Həmçinin çox nazik kauçukdan hazırlanan qoruyucular da var ki, qadının və kişinin hissiyatını artıra bilir.Ancaq belələri tez cırıla bilər.Nəzərinizə çatdırırıq ki, qadınlar üçün də prezervativlər var.
Prezervativ hamiləlikdən necə qoruyur ?
Prezervativ kişi spermasının qadının uşaqlığına girişinə maneə törədərək hamiləliyin qarşısını alır. Kişi qurtarərkən, sperma qadının uşaqlığına yox, prezervativın içinə-uc hissəsinə toplanır.
Prezervativin hamiləliyə mane olmasından başqa faydaları vardırmı?
AIDS xəstəliyinin yoluxmamasına qarşı ən təsirli vasitədir.
Qadınlarda rəhm ağzı xərçənginin yaranmamasına kömək ola bilər.
Erkən boşalmanın qarşısını ala bilər.
İstifadəsi:
Təsirliliyi təmin etmək üçün hər əlaqədə yeni bir prezervativ istifadə edilməlidir.
Prezervativi bir dəfə istifadə etdikdən sonra atmaq lazımdır.
Prezervativ paketi istifadə ediləcəyi zaman açılır və cinsi əlaqədən dərhal əvvəl sərtləşən cinsi orqana geyilir.
Taxarkən prezervativin uc qismindən barmaqla sıxılır.Uc hissədə boşluq qalmasına diqqət edin. Qalan bu 1.5 santimetr boşluq spermanın toplanması üçündür.
Prezervativi sərin və qaranlıq bir yerdə saxlayın.
Və sonda prezervativə aid bir lətifəni də oxumağı unutmayın:
Çoxdan görüşməyən iki dost bir gün qarşılaşırlar.Dostlardan birinin qucağında və yanında uşaq olur.O birisi sual verir-Həsən, bu dörd uşaq sənindir?- Yox e, nə danışırsan?Mən prezervativ şirkətində işləyirəm, bu uşaqlar da idea verib hazırladığım keyfiyyətsiz prezervativlərin nəticələridir.