Qadin.NET / Cinsi Uyğunlaşma necə olmalıdır?

Cinsi Uyğunlaşma necə olmalıdır?

Gündəlik həyatda ailə daxili uyğunlaşma hər zaman çox əhəmiyyətli olmuşdur. Evlilikdə bir-birinin düşüncə və hisslərinə əhəmiyyət vermək, istəklərinə cavab vermək, paylaşımlarda qarşılıqlı fədakarlıq göstərmək və s. bu kimi bir çox mövzular uyğunlaşma tələb edir. Cinsi həyatda isə uyğunlaşma çox əhəmiyyətlidir. Evliliklərdə ortaq bir həyatı yaşamaq demək, sadəcə eyni evi paylaşmaq, eyni masada yemək yemək və eyni otaqda vaxt keçirmək demək deyil. Bədənimizin təbii ehtiyacı olan cinsi həyatı da eyni yataqda uyğun bir şəkildə yaşaya bilməkdir.

Cinsi Uyğunlaşma necə olmalıdır?

 

Mütəxəssislər yaxşı bir cinsi həyat üçün, yoldaşların özlərini və partnyorlarını yaxşı tanımaları, sevmələri və diqqət göstərib ünsiyyət qurmaları lazım olduğunu söyləyir və partnyorunu tanıyan birinin qarşısındakını xoşbəxt etmə nisbəti çox daha yüksəkdir. Evli cütlüklərin bir-birinə vaxt ayırması, cinsi münasibətlər haqqında danışa bilməsi, mübahisələrdən çəkinməsi və tez-tez bir-birlərinə toxunmaları cinsi uyğunlaşma üçün vacibdir. Evli cütlüklərin rəngarəng və dəyişməyə açıq ola bilmələri də cinsi uyğunlaşma üçün faydalı bir amildir. Bundan başqa yaxşı bəslənən və idman edən şəxslərin sağlam bir cinsi həyat sürdükləri də sübut edilmişdir.

 

14 aprel 2011
GO BACK