Hər gün televiziyadan neçə zorlanma hadisəsinə baxırıq.Hələ gündəlik həyatdan nə qədər eşidirik.Bu yaxınlarda göstərirdilər ki,hansısa rayonun mötəbər seyidi ,ona nəzir gətirən gənc qızlara nəsə su verirmiş .Həmin suyu içən qız bihuş olurmuş,ayılanda görürmüş ki, iş –işdən keçib sonra da qorxudurmuş ki ,kiməsə desən sən biabır olacaqsan.Nədənsə, bunları edənlər,çoxlu pulu olan "hörmətlilərdi." Bölgələrdə 12-13 yaşlı qızları zorlayırlar.Çoxları qorxusundan heç kimə demir,ta ərə gedənə kimi,onda da yenə qız günahkar olur.İş gedib məhkəməyə düşəndə isə,ya pul gücünə bəraət,ya da az cəza alırlar.Bir fakt daha .Ata öz kiçik qızını ,demək olar hər gün zorlayır.Nədi ki,qız (mərhum)anasına çox oxşayırmış.
Bəs görəsən niyə bizdə zorlama faktları belə çoxdu? Kimdi günahkar?Sizə sualım, əgər hakim olsaydınız belələrinə cəzanız nə olardı?