İki hamiləlik arasındakı ideal müddət 2 ildir. Bu səbəblə doğumdan dərhal sonra bir qorunma üsulu seçib tətbiq olunmalıdır.
- Körpəni əmizdirməyi düşünən ana əgər, həb ilə qorunmaq istəyirsə, doğumdan bir həftə sonra südü kəsməyən və körpəyə zərər verməyən mini həbləri istifadə etməyə başlaya bilər. Hər gün eyni saatda bir dənə qəbul olunmalıdır.
- Hər hansı bir səbəblə ana körpəsini əmizdirmisrə, normal qorunma həblərinə (oral kontraseptif) doğumdan 21 gün sonra başlaya bilər. Bu həbləri da hər gün eyni saatda almaq lazımdır.
- Spiral (RİA) ilə qorunmaq istəyənlər, doğumdan 6 həftə sonra həkim məsləhəti ilə heç bir problem yoxdursa taxdirmaq olar.
- Bir daha hamiləlik istəməyən qadın doğumdan 48 saat sonra və ya 6 həftə sonra usaqlıq borusunu bağlatdıra bilər. Usaqlıq borusu kiçik bir cərrahi yolla bağlanar. Bu usul yalnız yumurta huceyrə ilə sperma görüşməsinin qarşısını alır. İnsanların cinsi həyatına təsir etməz. Aybaşı zamını pozmaz. Tez bir zamanda menapoza səbəb olmaz. Ən təsirli qorunma üsuludur.
- Əmizdirən qadınlar üçün 3 aylıq iynə üsulu da var ki, həkim göstərişi ilə doğumdan 6 həftə sonra tətbiq oluna bilər.
- Doğumdan 6 həftə sonra dəri altı implantı tətbiq oluna bilər.
- Vazektomi: Kişidə sperma kanallarının bağlanaraq kişinin mayesindən sperma olmamasını təmin edən bir əməliyyatdır. Bir daha heç uşaq sahibi olmaq istəməyənlərə uyğun bir üsuldur.
- Digər üsullar prezervativ (kondom), çölə boşalma və s. təsirli qorunma üsulları deyil. Bu üsullarla qorunanlar hamilə qalma şansı çox yüksəkdir.
Doğumdan nə qədər sonra qorunmağa başlamaq lazımdır?
Əmizdirmə hamiləlikdən qoruyurmu?
Əmizdirmə hamiləlikdən qismən qoruyur, lakin gecə daxil olmaqla çox nizamlı əmizdirənlərdən yüksək nisbətdə qorunma təmin olunur. Ona görə əmizirdiyiniz müddətcə qorunmanıza ehtiyac yoxdur demək çox səhv olar. Əlavə qida verməyənlər doğumdan 6 ay sonraya qədər əmizdirmək hamiləlikdən qoruya bilər. Yenə də heç bir zaman əmizdirmənin qoruyuculuğuna güvənmək lazım deyil və qorunma üsulu istifadə etmək lazımdır.
Nizamsız əmizdirənlərdən və əlavə qida verənlərə əmizdirmək etibarlı olaraq qorumaz, buna görə bu qadınlar doğumdan 3 həftə sonra uyğun bir üsulla qorunmağa başlamalıdır. Əks təqdirdə əmizdirərkən də hamiləlik meydana gələ bilər.
Ailəli xanimlardan ən yaxşı metodun hansı olduğunu soruşmaq istərdim?