Qadınlarda cinsi soyuqluq, yəni cinsi marağın, seksual hissiyatın və orqazmın olmaması frigidlik və ya anorqazmiya adlanır. Frigid qadınlarda seksual akta qarşı laqeydlik, bəzən, hətta nifrət hissi olur. Frigidlik qadınların sağlamlığına da mənfi təsir göstərir. Belə qadınlar çox zaman əsəbi olur,baş ağrılarından əziyyət çəkir, tez yaşlanırlar.
Cinsi soyuqluq müxtəlif səbəblər üzündən baş verir. Ailədə aldığı ciddi tərbiyə, hamilə qalmaq qorxusu, həyat yoldaşı ilə arasındakı böyük yaş fərqi, zorlanmaya məruz qalmaq, kişinin kobud davranışları da qadında cinsi soyuqluğun yaranmasına səbəb ola bilər. Frigidlik bəzən də qadın xəstəlikləri zamanı yaranır. Bu növ frigidliyin (müvəqqəti frigidlik) yaranma səbəbi aradan qalxdıqdan sonra qadının normal seksual həyata qayıtması mümkündür. Qadının həyatında aldığı psixoloji travmalar isə psixogen frigidliyin yaranmasına səbəb ola bilər. Bu zaman qadında güclü ehtiras olsa belə orqazm baş vermir.
Genetik frigidlik isə qadında anadangəlmə çatışmamazliqdır, necə ki bəzi insanlarda musiqini duymaq, bəzilərində rəngləri seçmək kimi qabiliyyətlər olmur. Belə qadınlar normal həyat tərzi keçirir, dünyaya övlad gətirir, amma cinsi həyatda tam məmnunluğun nə olduğunu bilmirlər.
Frigidlikdən əziyyət çəkən qadınlar mütləq tibbi müayinədən keçməlidirlər.Müalicə isə qoyulan diaqnozun nəticəsindən asılı olacaq.