Qadin.NET / Körpənizə balqabaq püresi yedizdirin

Körpənizə balqabaq püresi yedizdirin

 

Qatı qidaya başlamaq üçün ideal

7-8 aydan etibarən balqabağı öz suyunda çəngəllə əzərək körpəyə yedizdirməyə başlaya bilərsiniz. 9 aydan etibarən içinə biraz mərci, kartof, soğan sarımsaq əlavə edərək bişirib püre halına gətirib yedizdirə bilərsiniz.

Körpənizə balqabaq püresi yedizdirin

 Tərkibi:

 

100 qram balqabaq

kiçik kartof

1 ədəd arpacıq soğan

1 y/q qırmızı mərci

1 diş sarımsaq

1 y/q zeytun yağı

1 su st toyuq suyu

Körpənizə balqabaq püresi yedizdirin

Hazırlanması:

Mərcini yaxşıca yuyub süzgəcdə 10 dəqiqə saxlayın.

Qazana zeytun yağı əlavə edib qabıqlarını çıxardığını soğan və sarımsağı əlavə edib qovurmağa başlayın.

Sonra doğradığınız kartof və balqabağı əlavə edib süzülən mərcilərlə birlikdə qovurmağa davam edin.

Sonra toyuq suyunu əlavə edib bütün ərzaqlar yumşalana qədər bişirin. 

Bütöv atdığınız soğan və sarımsağı çıxarıb blenderdə çəkib püre halına salın.

 

26 noyabr 2019
GO BACK