Tərkibi:
200 ml kefir
100-150 qr un
1 yumurta
2-3 ç.q. şəkər tozu
1 alma
Bir çimdik soda
Bitki yağı
Hazırlanması:
Azca isidilmiş kefirə soda vurduqdan sonra ona yumurta, şəkər, un qatılaraq yaxşıca qarışdırılır.
Almanın qabığı soyulur, rəndədən keçirilir və xəmirə qatılaraq qarışdırılır.
Bitki yağı tökülmüş tava yaxşıca isidildikdən sonra xəmirdən qaşıq-qaşıq alınaraq oladyilərin bir tərəfi qızardılır.
Sonra səliqəli şəkildə çevirərək digər üzləri də qızardılır.
Ləzzətli oladilər hazırdır.
Nuş olsun!