Tərkibi:
Yarım ədəd kök 1 ədəd kartof
1 baş soğan
1/3 hissə kabak
Gül kələmi
Yarım ədəd pomidor
Mal ətinin bulyonu
Bulqur
Duz
Keşniş toxumu
Hazırlanması:
Soğanı doğrayıb qazana töküb yağda qovururuq.
Üzərinə kub şəklində doğranmış kartofu əlavə edirik.
Bir az qovurduqdan sonra kabakı kub şəklində doğrayıb qazana əlavə edirik.
Eyni qayda ilə pomidoru da əlavə edirik.
Bir az qovurub üzərinə ət bulyonunu əlavə edirik.
Daha sonra dördbucaq şəklində doğranmış kartof, duz, keşniş toxumu və bulquru əlavə edib qarışdırırıq.
Qazanın qapağını örtüb, meyvə olan menyunu seçirik. Əvvəlcə gur odda qoyuruq.
Qaynadıqdan sonra çox cuzi odda 10 dəqiqə bişirib söndürürük.
Şorbamız hazırdır.
Balalarımıza nus olsun!