Qadin.NET / "Sevimli üzlər" (foto resept)

"Sevimli üzlər" (foto resept)

 "Sevimli üzlər" (foto resept)

  Tərkibi:

1 stəkan ilıq süd

1 stəkan ilıq su

1 x.q quru maya

2 ədəd yumurta (sarıları ayrılmalıdır)

1 stəkan "Zeytun Bağları" zeytun yağı

1 stəkan kəpəkli un

5 stəkan ağ un

 2 ç.q duz

 2 ç.q şəkər tozu 

Üzəri üçün:

2 ədəd pomidor

1 kasa qara zeytun (ortadan kəsilir və tumu çıxarılır)

1,5 stəkan holland pendiri

Hazırlanması:

Süd, su, şəkər tozu, duz və maya bir qaba əlavə olunur. Üzərinə yumurta ağı, duru yağ əlavə olunub yaxşı-yaxşı qarışdırılır.

"Sevimli üzlər" (foto resept)

Son olaraq un əlavə olunur və xəmir yoğrulur. Yoğrulan xəmir bir saat saxlanır.

"Sevimli üzlər" (foto resept)

Qabaran xəmir iki hissəyə bölünür və oxlovla açılır.

"Sevimli üzlər" (foto resept)

Böyük açılan xəmirlər stəkanın köməyi ilə kəsilir.

 Hər bir dairəyə əvvəl yumurta sarısı çəkilir, üzərinə holland pendiri, pomidor və zeytun qoyulur. 

"Sevimli üzlər" (foto resept)

170 dərəcəli sobada bişirilir.

"Sevimli üzlər" (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

6 may 2014
GO BACK