Tərkibi:
4 st un
1 st duru yağ
1 st süd
2 paket qabartma tozu
1 x.q şəkər tozu
2 ədəd yumurta
150 qr pendir
Yarım dəstə cəfəri
Qara çörəkotu
1 çay qaşığı duz
Hazırlanması:
Unu dərin qaba boşaldıb üzərinə qabartma tozu, duz, şəkər tozu, duru yağ və südü əlavə edirik.
Yumurtanı da əlavə edirik (birinin sarısını üstü üçün saxlayırıq).
Sərt xəmir yoğurub 15 dəqiqə dinlənməyə qoyuruq.
Pendiri əlimizlə ovxalayıb incə doğranmış cəfəri ilə qarışdırırıq.
Xəmirdən kündələr qoparıb açırıq.
İçlik qoyub yumrulayırıq.
Daha kiçik parçalar qoparıb tısbağamızın başını hazırlayırıq.
Ayaqlarını da qoyub, listə yığıb üzərinə yumurta sarısı çəkirik.
Qara çörəkotu ilə gözlərini və üzərini bəzəyirik.
180 dərəcəli isti sobada üzəri qızarana qədər bişiririk.
Nuş olsun!
(Tərcümə edilib)