Tərkibi:
250 qr vermişel
250 qr kəsmik
4 yumurta
3 x.q şəkər tozu
30 qr qara kişmiş
Bir az duz
Bəzək üçün:
1 ədəd kisel
Hazırlanması:
Paketin üzərinə baxıb, vermişeli qaynadın və daha sonra süzün, soyudun.
2 yumurtanı yavaş-yavaş qarışdırın (köpükləndirməmək şərti ilə). Üzərinə kəsmik, bir çimdik duz, 2 x.q şəkər tozu, kişmiş əlavə edib bir daha qarışdırın.
Vermişel də bu qarışığa əlavə olunub qarışdırılır.
Yağlanmış qabların alt hissəsinə bir az suxarı səpin və qarışığı əlavə edib 200 dərəcədə, 30 dəqiqə bişirin.
Hazır olduqdan sonra boşqaba qoyub kisellə servis edirik.
Nuş olsun!
(Tərcümə edilib)