Qadin.NET / 1 iyunda uşaqlara sürpriz (foto resept)

1 iyunda uşaqlara sürpriz (foto resept)

    Bildiyimiz kimi 1 İyun Uşaqların Beynəlxal Müdafiə günü kimi keçirilir. Dünyanın əksər ölkələrində keçirildiyi bu bayramı bizim körpələrimiz də keçirir. Əziz xanımlarımız bu bayram münasibəti ilə məndə sizlərə, şirin balalarınız üçün hazırlanması çox asand olan, gözəl görüntülər verərək resept təqdim etmək istəyirəm .Uşaqlarla birlikdə hazırlasaq bu çox əyləncəli olar, hazırsanızsa  başlayaq.

Əziz xanımlar istənilən bəyəndiyiniz peçeniye reseptlərindən istifadə edə bilərsiniz.

Birinci resept

Tərkibi:

100 qr "Wellington" kərə yağı

50 qr şəkər pudrası

1 ədəd yumurta

50 qr blendirdən keçirilmiş badam

140 qr un

1-2 x/q kakao

Vanil

Hazırlanması:

Əvvəlcə badam təmizlənilir və blendirdən keçirərək toz halına gətirilir. Dərin bir qaba yumuşalmış yağ, şəkər pudrası ilə çalınır üzərinə vanel, badam, un əlavə edilib xəmir hazırlanılır. Hazır xəmir iki hissəyə ayrılır, birinə kakao qatılır. Xəmirlər 20-25 dəqiqə müddətində soyuducuda saxlanılır. Hər iki xəmir yayılır, ürək formalı fiqurlarla ürəklər kəsilir. Kakaolu xəmirdən olan ürəklər tən ortadan iki yerə kəsilir. Göz, ağız, bığ hissələri kakaolu xəmirdən sok çöpü ilə hazırlanılır və bütün ardıcıllıq şəkillərdə göstərilib.

 

Kağız sərilmiş listə yığıb, 180-190 dərəcədə 8-10 dəqiqə ərzində bişirilir.

Bu da hazır forma.

 

İkinci resept:

 

Vanilli xəmir

100 qr şəkər tozu

200 qr yağ

300 qr un

2 ədəd yumurta

Vanel

Kakaolu  xəmir:

50 qr şəkər tozu

100 qr yağ

130 qr un

1 ədəd yumurta

20 qr kakao

Vanel

Bəzəmək üçün:

1-2 ədəd yumurta ağı

200 qr şəkər pudrası

1/2 ç/q limon suyu

şokalad tabletlər

 

Hazırlanması:

Hər iki xəmir hazırlanıb soyuducuda bir müddət saxlayıb, sonra yayılır. Ağ xəmir yumru dairə şəklində kəsilir, bir-birindən aralı şəkildə kağız sərilmiş listə yığılır.

Kakaolu xəmir yayılaraq kiçik dairə şəklində kəsilir və ağ dairənin tən ortasına fırçanı suya batiraraq isladılır və kakaolu dairə qoyulur.

Qulaqlar kəsilib yapışdırılır.


180 dərəcədə, 15 dəqiqə ərzində hazır olana qədər bişirilir.
Hazır peçeniyelərə şəkər pudrası, yumurta ağı və limon suyu çalınıb göz, burun, ağız formaları verilərək bəzədilir.
Peçenyelərimiz hazırdır.
 
Üçüncü pesept 
Bu reseptdə istənilən kakaolu kekslərdən hazırlayıb şəkilləri izləyərək bəzəyə bilərsiniz.








Gözəl görünüş verərək ayıları hazırlamış olduq.
Əziz uşaqlar, bayramınız mübarək!
 
                                                                                                                      (tərcümə edilib) 
1 iyun 2013
GO BACK