Qadin.NET / "Ananas" peraşkisi (foto-resept)

"Ananas" peraşkisi (foto-resept)

Tərkibi:

500 qr qat-qat xəmir

300 qr çəkilmiş ət

2 ədəd soğan

 "Zeytun Bağları" zeytun yağı

Üzəri üçün yumurta sarısı 

Duz, istiot

Bəzəmək üçün:

 Təzə xiyar

Kök

Hazırlanması:

Çəkilmiş ət xırda doğranmış soğanla yağda qovrulur, duz, istiot vurulur.

Qat-qat xəmir yayılır, yumru dairələr kəsilir.

 

Yumru dairələri iki hissəyə ayırırıq. Yarısına içlik qoyuruq yerdə qalan hissəsini bıçaqla deşdəkləyirik.

Kəsilmiş dairələri içlik olan dairələrin üzərinə qoyub yarıya qədər bərkidirik.

 Əgər içlik lazım olarsa yenidən açıq qalan hissədən içlik doldurub hərtərəfli qıraqların bərkidirik.

Hazır peraşkilər azca uzununa yəni ananas forması verərək listə düzüb üzərinə yumurta sarısı çəkilir.

Hazır olana qədər sobada bişirilir. Süfrəyə verərkən xiyar və köklə zövqə görə bəzədilir.
Ananslı peraşkiləri hazırlayıb zövqlə bəzəyib uşaqları sevindirək.
Nuş olsun!
 ( tərcümə edilib )
6 iyul 2013
GO BACK