Qadin.NET / Kartof püresindən güllər (foto resept)

Kartof püresindən güllər (foto resept)

Tərkibi:

6-7 ədəd kartof

2-3 ədəd sosiska

100 qr "Wellington" kərə yağı

50 qr holland pendiri

Küncüt

Cəfəri

"Azərduz" yodlu narın xörək duzu

Hazırlanması:

Kartof soyulur. Doğranıb üzərinə duz və su əlavə edilib qaynadılır. Suyu çəkildikdə yağ əlavə edilib blendrlə əzilir.

Kartof püresi mətbəx şprisinə doldurulur. Şpris yoxdursa, qalın sellofan paketdən də istifadə etmək olar. Bunun üçün püre paketə tökülür, daha sonra paketin uc hissəsi kəsilir. Soba listinə kağız sərilir, yağlanır. Sprisi sıxmaqla gül ləçəkləri çəkilir.

 

Sosiska nazik dilimlənib gül ləçəklərinə batırılaraq şəkildə gördüyünüz kimi düzülür.

Ortasında boş qalan hissəyə sürtkəcdən keçirilmiş holland pendiri tökülür və üzərinə kücüt səpilib sobada hazır olana qədər bişirilir.

Hazırdır. 

Balalarınız üçün hazırlayıb, onları sevindirin.

Nuş olsun!

 

(tərcümə edilib)

9 aprel 2013
GO BACK