Tərkibi:
100 qr yağ
200-250 qr un
1 x/q xama
100 qr şəkər pudrası
1 ədəd yumurta sarısı
1 ç/q şəkərli vanel
Rəng
Üzərinə çəkməyə 1 ədəd yumurta
Bir çimdik "Azərduz" yodlu narın xörək duzu
Hazırlanması:
Yumşalmış yağla şəkər pudrası çalınır.
Yumurta sarısı, duz, şəkərli vanel, xama əlavə edib çalınır.
Un əlavə edib xəmir hazırlanılır, xəmir ələ yapışmamalıdır.
Xəmir iki yerə ayrılır: biri böyük, biri kiçik.
Böyük xəmir yayılaraq, üzərinə sellefon sərib, 1 saat soyuducuda saxlanılır.
Kiçik xəmiri kiçik hissələrə ayırıb, istənilən rəng qatılır.
Xəmirdən mümkün qədər nazik uzun xətlər hazırlanılır və soyuducuya qoyulur.
Soyuducudan yayılmış xəmiri çıxarıb, 3 sm enində lentlər kəsib, yumurta çəkilir.
Rəngli xətləri ağ xəmirin ortasına qoyub, sıx yuvarlanılır .Elə etmək lazımdır ki, rəngli xəmir çölə çıxmasın.
Kağız sərilmiş listə yığıb, üzərinə yumurta çəkilb, 180-200 dərəcədə 15-20 dəqiqə ərzində hazır olana qədər bişirilir.
Hazır qələmlər soyudulub, ucları formaya salınılır. Hazır qələmləri şirin balalara hədiyyə etmək olar.
Nuş olsun!
(tərcümə edilib)