Qadin.NET / Bananlı tort (foto resept)

Bananlı tort (foto resept)

Tərkibi:

Ağ biskvit üçün:

2 ədəd yumurta

1 st şəkər tozu

1  armudu st qatıq

1 ç/q soda

Un


Kakaolu biskvit üçün:

2 ədəd yumurta

1 st şəkər tozu

1 armudu st qatıq

1 ç/q soda

2 ç/q kakao

Un


İçlik üçün :

5-6 ədəd bananlı yoqurt (100 qramlıq)

4-5 ədəd banan


Bəzəmək üçün:

4-5 ədəd banan

2 ədəd bananlı yoqurd

200 qr şokolad

Qoz ləpəsi


Hazırlanması:

Bütün ərzaqlar çalınıb, yağlanmış formaya əlavə edilib 180 dərəcədə hazır olana qədər bişirilir.

 

Biskivitlər ikiyə bölünüb, biri saxlanır, yerdə qalanı kub şəklində doğranır.

 

 

Dərin bir qaba doğranmış banan, biskvitlər və yoqurt əlavə edilib qarışdırılır.

 

Biskvitin üzərinə qarışdırılmış kütlə təpə şəklində yığılır.

 

Üzərinə bananlı yoqurt yayılır.

Şokolad əridilir, bananlar uzununa ikiyə bölünüb, kəsilmiş hissəsi şokolada batırılıb, tortun qıraqlarına düzülür.

 

Üzərinə əridilmiş şokolad gəzdirilir.

Qoz xırdalanıb üzərinə səpilir.

Nuş olsun!

                                                                                                   ( tərcümə edilib )

10 fevral 2013
GO BACK