Tərkibi:
1 qutu qatılaşdırılmış süd
3 xörək qaşığı kakao
2 xörək qaşığı kərə yağı
Hazırlanması:
Əvvəlcə bunları tavaya əlavə edirik.
Tavada bunları qarışdıra-qarışdıra qaynadırıq.
Qaynadıqdan sonra qaba töküb bərkiməsi üçün 30-50 dəqiqə soyuducuda saxlayırıq.
Soyuducudan çıxartdıqdan sonra əlinizi yağlayın ki, əlinizə yapışmasın.
1 çay qaşığı götürüb ovcunuzun içində oval düzəldin.Ortasına zövqünüzə uyğun araxis ya da badam, fındıq qoyub yumurlayın.
Yumurladıqdan sonra ləpə qırıntılarına ya tortun üsütünü bəzəmək üçün yeyilən rəngli qırıntılara batırın.
Asan və dadlı. Nuş olsun!