Qadin.NET / QARABAŞAQ SIYIДћI (foto resept)

QARABAŞAQ SIYIДћI (foto resept)

QARABAŞAQ SIYIĞI (foto resept)
Tərkibi:
Qarabaşaq - 1 stəkan
Su - 2 stəkan
Kərə yağı - 1/2 ç.q. 
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:

Qarabaşaq təmizlənir,yuyulur,bir qədər qurudulur.Sonra tavada orta atəşdə qızılı rəngə dönüşənədək qovrulur.
Qovuran zaman qarabaşaq qarışdırılmalıdır.

QARABAŞAQ SIYIĞI (foto resept)

Qazanda kərə yağı əridilir,duz və qovrulmuş qarabaşaq əlavə olunur.Digər trəfdən 2 stəkan su çaydanda qaynadılır.
Qarabaşaq yağda bir qədər də qovrulduqdan sonra üzərinə qaynanmış su əlavə olunur və atəş minumuma azaldılır.
Qazanın qapağı örtülür və 15-20 dəqiqə bişir.r

QARABAŞAQ SIYIĞI (foto resept)

Qarabaşaq sıyığının hazır halı:

QARABAŞAQ SIYIĞI (foto resept)

Xanımlar, qarabaşaq sıyığı hazırdır,bəs onu baldan şirin uşaqlarımıza necə təqdim edək?
Aşağıdakı üsulla uşağınızın yeməyini əyləncəyə çevirin:

Qarabaşaq sıyığı bir boşqaba alınır və ona pişik başı forması verilir.

QARABAŞAQ SIYIĞI (foto resept)

Kolbasa dilimlərindən ( zövqə görə ət dilimləri də ola bilər) 2 dairə və 2 üçbucaqlı kəsilir.

QARABAŞAQ SIYIĞI (foto resept)

Üçbucaqlar "pişiyin" qulaqları,dairələr yanaqları olur.Qara zeytundan burun düzəldilir.

QARABAŞAQ SIYIĞI (foto resept)

Pendirdən(yaşıl gözlü olmasını istəyirsinizsə,xiyardan da ola bilər) 2 kiçik dairə kəsilir və
pişiyin gözünün ağları,zeytundan kəsilmiş uzun parçalar isə göz qarası olur.

QARABAŞAQ SIYIĞI (foto resept)

Qırmızı bolqar bibərindən və ya pomidordan dil düzəldilir,şüyüddən kirpiklər,yaşıl soğandan bığlar... fellow
Beləliklə yaraşıqlı "pişik" hazır oldu smile

QARABAŞAQ SIYIĞI (foto resept)

Nuş olsun şirin balalara! winked

 

25 iyun 2010
GO BACK