Tərkibi:
4 ədəd yumurta (orta boy)
1 su st süd
1 su st toz şəkər
1 su st duru yağ
2,5 su st un
1 paket qabartma tozu
1 paket şəkərli vanilin
2 y/q kakao
Hazırlanması:
Yumurtaları çırpma qabına əlavə edin, şəkəri də əlavə etdikdən sonra köpük-köpük olana qədər qabardın.
Süd və duru yağı əlavə edərək biraz daha çırpın. 2,5 su stəkanı un əlavə edin və çırpmağa davam edin.
Vanilin, qabartma tozu və yarım su stəkanı daha un əlavə edərək çırpın.
Hazırladığınız kek qarışımının yarısını başqa qaba tökün və bu qaba kakao əlavə edərək çırpın.
Orta boy qəlibə yağlı kağız sərin. Qəlibin tam ortasına 1 ölçü sadə keks qarışımından tökün. Sonra ağ kek qarışımın ortasına kakaolu qarışımdan tökün.
İki xəmir də bitənə qədər sıra ilə ölçülü qalıba tökməyə davam edin.
Hazırladığınız zebra keks qarışımını 180 dərəcə əvvəlcədən isitdiyiniz sobada təxminən 22-25 dəqiqəyə qədər bişirin.
Sobadan almadan əvvəl 1 çöp köməyi ilə bişib-bişmədiyini yoxlayın.
Bişən keksi sobadan çıxarın, soyuduqda kənardan bıçaqla qəlibdən ayrılıb-ayrılmadığını yoxlayın.
Dilimləyərək servis edin.