Tərkibi:
3 yumurta
1 su st toz şəkər
1 çay st süd
1 çay st duru yağ
1 paket qabartma tozu
2 y/q təpələmə kakao
2 su st un
Krem üçün:
2 y/q buğda nişastası
2 y/q un
4 su st süd
4-5 y/q şəkər
1 paket toz vanilli krem
içlik üçün:
2 ədəd banan
Hazırlanması:
Yumurta və şəkəri mikserlə şəkər tamamilə əriyənə qədər çırpın.
Südü, duru yağı əlavə edib çırpmağa davam edin. Un, kakao və qabartma tozunu əlavə edərək çırpın.
Soba listinə yağlı kağız sərin, hazırladığınız xəmir bərabər qalınlıqda kağızın üstünə yayın.
170 dərəcə əvvəlcədən isidilmiş sobada 14-16 dəqiqə qədər bişirin. Sobadan almadan əvvəl diş çöpü ilə batıraraq bişib-bişmədiyini yoxlayın.
Bişən keksi sobadan götürün otaq istiliyinə gələnə qədər gözlədin.
Başqa qazana südü, nişastanı, unu şəkəri alın. Orta dərəcədə pudinq halına gələnə qədər bişirin.
Bişən kremi qazın üstündən götürün və içinə hazır tort kremi əlavə edin. Əl mikseri ilə qarışdırın və qırağa qoyun.
Bir su stəkan köməyi ilə (ağız hissəsi incə olsun) keksdən 10 parça çıxarın və bir listə qoyun. Qalan parçaları da ovaraq qırıntı halına gətirin.
Bananları dilimləyin və kekslərin arasına 3-4 ədəd yerləşdirin.
Hazırladığınız qırıntıları keksin üstünə səpin.
Soyuducunu soyudaraq servis edin.