Qadin.NET / "Sevgi" tortu (foto resept)

"Sevgi" tortu (foto resept)

Tərkibi:
Biskvit üçün lazım olanlar:
Yumurta - 4 ədəd
Şəkər tozu - 100 qram
Un - 60 qram
Nişasta - 20 qram
Kakao - 30 qram
Ərinmiş kərə yağı - 30 qram
Qırmızı qida boyası - 1 xörək qaşığı

Krem üçün lazım olanlar:
Qaymaq (33%-li) - 300 ml
Şəkər tozu - 2 xörək qaşığı

Üzəri üçün:
Ağ şokolad - 100 qram
Çiyələk və ya moruq - 100 qram

Hazırlanması:
Yumurta ağlarını sarısından ayırıb 50 qram şəkər tozu ilə mikser vasitəsilə həcmi artanadək çalırıq.


Sarılarını da ayrı bir qabda qalan 50 qram şəkər tozu ilə çalırıq.


Buna un, nişasta və kakaonu da əlavə edirik. 


Yumurta ağları və şəkərdən ibarət qarışığı da əlavə edib qaşıqla qarışdırırıq.

Ən sonda yağı və qırmızı rəngli qida boyasını əlavə edib qarışdırırıq.


Ürək formasında qabımızı yağlayıb, üzərinə un səpdikdən sonra xəmiri formaya tökürük.


Sobada 25-30 dəqiqə bişməyə qoyuruq.
Bişməsinə əmin olmaq üçn kibrit çöpü batırıb yoxlayırıq. Əgər çöp təmiz çıxırsa demək ki, biskvit hazırdır.


Krem hazırlamaq üçün qaymaqla şəkər tozunu mikserlə yaxşı çalırıq. Biskviti ortadan kəsib kremləyirik.


Ayırdığımız digər hissəsini də üzərinə qoyub hər tərəfini kremləyirik.


Üzərinə ağ şokoladı sürtgəcdən keçirib səpirik. Zövqə görə moruq və ya çiyələklə bəzəyə bilərik.


Nuş olsun!

28 oktyabr 2011
GO BACK