Tərkibi:
3 ədəd yumurta
1 su st toz şəkər
1 su st duru yağ
4 y/q əridilmiş kərə yağı
1/2 su st süd
1/2 su st krem
3,5 su st un
100 qram gilas (çəyirdəkləri təmizlənmiş)
1 paket vanil
1 paket qabartma tozu
1 y/q nişasta
Hazırlanması:
Təmizlənmiş gilasların üstünə nişasta əlavə edin və əzilməməsinə diqqət edərək nişastaya batırın.
Dərin qaba yumurtaları əlavə edin, üstünə şəkər əlavə edib çırpın.
Sonra süd, duru yağ və əridilmiş kərə yağını əlavə edin və qarışdırın.
Kremi əlavə edərək bütün ərzaqlarını bir-birinə yedizdirin.
Un, qabartma tozu və vanil əlavə edərək, un parçaları qalmayana qədər qarışdırın.
Son olaraq nişastaya batırdığınız gilasları əlavə edib, xəfif qarışdırın.
Yağlanmış və unlanmış qəlibə tökün və əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada üstünə qızarana qədər bişirin.
Soyudub dilimləyib servis edin.