Rulet biskvitinin tərkibi:
4 yumurta
1 st şəkər tozu
100 qr kərə yağı
Vanil
1 st un
Arası üçün:
200 qr şaftalı cemi (cem xoşlamayanlar bişmiş, qatılaşmış süddən istifadə edə bilər).
Hazırlanması:
İlk olaraq yumurta şəkərlə ağarana qədər mikserlə çırpılır.
Otaq temperaturunda yumşalmış kərə yağı əlavə olunur.
Vanil də əlavə olunur, çalınır.
Ən son olaraq ələnmiş un qaşıqla qarışdırılıb, həll olunur.
Çalınmış kütlə listə eyni bərabər olmaqla yayılır. Əvvəldən isidilmiş sobada 180 dərəcədə bişirilir.
Sobadan çıxardan kimi cemi sürtülüb tez bükülür. Bir kənarda soyudulur.
Bura qədər birinci hissənin sonu, əsas reseptimizin başlanğıcıdır. Özlüyündə bir şirniyyat olan rulet dilimləri hazırlanan reseptin ərzaqlarından biridir.
Kremin tərkibi:
400 qr kəsmik
3x.q şəkər kirşanı (şirin sevənlər artıra bilər)
200 ml qaymaq
Vanil
10 qr jelatin
Kremi hazırlamaq üçün jelatin 2 x.q soyuq suda (20 dəq.) isladılır. Kəsmiyi ələkdən keçirdikdən sonra şəkər kirşanı, vanil və qaymağın yarısı mikserlə açılana qədər çalınır.Qaymağın yarısı odda əridilir, qaynayan vaxt islanmış jelatin qarışdırıb həll olunur. İsti məhlul sürtgəcdən süzülür, kəsmiyə asta-asta əlavə edərək mikserlə çalınır. Sonra isə bir iri şaftalı doğranıb kremə əlavə edilir. Bir formaya əvvəl salafan, sonra isə rulet dilimləri sıf düzülür. Krem əlavə edilir.
Bir az bərkidikdən sonra qalan ruletlə üstü örtülür, soyuducuya qoyulur.
Bir gün saxladıqdan sonra nuş edə bilərsiniz.
Nuş olsun!