Tərkibi:
arası və üstü üçün:
2 ədəd orta boy banan
islatmaq üçün:
1 çay st soyuq süd
Keks üçün:
1 çay st duru yağ
3 ədəd yumurta
1 su st süd
1,5 qəhvə fincanı toz şəkər
1 su st nişasta
1,5 su st un
1 paket vanil
1 ç/q qabartma tozu
Kremi üçün:
3 su st süd
3/4 su st toz şəkər
2 y/q nişasta
2 y/q un
1 paket krem şanti
Qeyd: Hazırladığınız tortu soyuducuda ən az 2 saat, ən çox da 1 gün saxlayın.
Keksin hazırlanması
Şəkər və yumurtanı qabın içində şəkər əriyənə qədər çırpın.
Sonra un, nişasta, qabartma tozu istisna olmaqla bütün ərzaqları əlavə edib çırpın. Üstünə un, nişasta və qabartma tozunu əlavə edin. Qarışdırın.
Yağlanmış, unlanmış keks qəlibinə tökün, 170 dərəcədə isidilmiş sobada 5-30 dəqiqə bişirməyə qoyun.
Kremin hazırlanması:
Krem şanti istisna olmaqla bütün ərzaqları bir qazana töküb qarışdıraraq bişirməyə başlayın.
Sonra toz haldakı krem şantini əlavə edin. Krem halına düşdükdən qazın üstündən götürüb soyumağa qoyun. Arada qarışdırmağı unutmayın.
Birləşdirmə:
Keksi sobadan çıxardıqdan sonra üstünə soyuq süd gəzdirin. Sonra otaq istiliyində soyumağa qoyun və südü yaxşıca əmməsini gözləyin.
Soyuyan keksinizi üst-üstə yerləşdirəndə arasına krem çəkin, kremin üstünə 1 ədəd banan dilimləri düzün. Sonra tortun hər yerini kremlə örtün. Üstünə banan dilimləri düzdükdən sonra soyuducuya qoyun.