Qadin.NET / Hindistan qozlu şokoladlı tort (foto resept)

Hindistan qozlu şokoladlı tort (foto resept)

Tərkibi:

 

Keks üçün:

3 ədəd yumurta

yarım su st şəkər

3 y/q dolusu un

2 y/q kakao

yarım paket qabartma tozu

 

Krem üçün

1 paket kremşanti

2 y/q pudra şəkəri

təxminən 2 su st hindistan qozu

 

Üstü üçün:

1 paket krem

1 paket bitter və ya südlü şokolad 

 

Keks bişdikdən sonra islatmaq üçün 1 çay stəkanı soyuq süd lazımdır.

 

Hazırlanması:

Kek üçün yumurta və şəkəri 3-4 dəqiqə çırpın. Quru ərzaqları ələyərək əlavə edin, mikserlə çırpmağa davam edin.

Yuvarlaq olan qəlibə qarışımı tökün. Altına bişirmə kağızı qoyun və yağlayın.

170 dərəcədə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə bişirin.

Ucuz iti bıçaqla ortaya basın, təmiz çıxarsa keksi sobadan çıxarın və soyudun.

Çöplə keksdə dəliklər açın və soyuq südü üstünə tökün.

Krem üçün kremşantini paketdə yazılan süd miqdarına görə çırpın. İçinə pudra şəkərini və hindistan qozunu qoyun. 

Kremi keksin üstünə yayın.

Hindistan qozlu şokoladlı tort (foto resept)

Daha sonra şokoladla kremi benmari üsulu əridin.

Otaq istiliyində olduqdan sonra şokoladı tortun üstünə tökün.

1 gecə soyuducuda saxlayın.

Hindistan qozlu şokoladlı tort (foto resept)

 

11 fevral 2019
GO BACK