Qadin.NET / "Hummer" tortu (foto resept)

"Hummer" tortu (foto resept)

Tərkibi:

Biskvit xəmiri: 

4 yumurta

 1 stəkan şəkər tozu

Yarım limon suyu

 1/3 stəkan duru yağ

 1 paket vanel

  1 paket qabartma tozu

 1 dolu stəkan un


 İç kremi:

 3 stəkan süd

 2 çay stəkanı (armudu stəkan) şəkər tozu

 1 çay stəkanı un

 2 çay qaşığı qədər qarğıdalı nişastası

 1 paket vanel

 2 ədəd yumurta sarısı


 Üzəri üçün  krem:

 Qatılaşdırılmış süd

 Marqarin

 

Əvvəlcə biskvit xəmiri üçün olan ərzaqları yumurta,şəkər tozu,yağ,limon suyu,vanel,qabartma tozu və unu qarışdırırıq.Yağlanmış listə tökürük.

 




 

Kremi hazırlamaq üçün isə vaneldən başqa bütün ərzaqları kiçik bir qazanda yumurta çırpıcısı ilə qaynayana qədər qarışdırırıq.Qaynadıqdan sonra isə 2-3 dəfə qarışdırıb kənara qoyuruq,vanel əlavə edirik və  ilıq oluncaya qədər arada qarışdırırıq ki üz tutmasın.

 




Biskviti bu şəkildə kəsirik üzərinə krem yayırıq ,2 bu formada qatı da qoyduqdan sonra sonrakı 2 qatı digərlərindən qısa kəsirik .Qatları yerləşdirdikdən sonra öz fantazianıza görə bəzəyirsinizwink

Buradakı imkanla məndə belə alındıfellow

 




Bu həyatımda bişirdiyim 5 ci tortdu, əvvəllər heç həvəsim olmayıb amma indi deyəsən həvəsə gəlirəmfellow

Bunlar da digər tortlarım:

 

Barbie tortu 4 cü tortum .Aşağı hissənin yaxşı olması üçün dərin bir qab götürürük (məndəki ele də dərin deyil)streçi içinə açırıq biskvitimizi südlə azca isladıb içərisinə yerləşdiririk digər qatları da yerləşdirib streçlə hər tərəfini sarıb soyuducuya qoyuruq səhərisi günü götürürük ,əgər sizə tez lazımdısa onda buz yerinə qoyub 1-2 saat gözləyirik  arada yoxlayırıq ki donmasın.Çıxardıqdan sonra tərs çeviririk və bəzəyirik.

 





Bu da 3 cü tortum:

 


Bu da 2 ci tortum:

 

23 sentyabr 2011
GO BACK