Qadin.NET / Südlü şərbətli şirniyyat (foto resept)

Südlü şərbətli şirniyyat (foto resept)

 

Tərkibi:

4 ədəd yumurta

yarım su st toz şəkər

5 y/q un

yarım çay st manna

1 paket vanil

1 paket qabartma tozu

4 damla limonun suyu

 

Südlü şərbət üçün;

4 su st süd

1 su st toz şəkər

 

üstü üçün

1 paket krem şanti

200 ml süd 

1 su st hindistan qozu

 

Hazırlanması:

Yumurta və şəkəri qabın içində yaxşıca çırpın. Krem halına gələn qarışıma un, manna, vanil, qabartma tozu, limon suyunu da əlavə etdikdən sonra qarışdırın.

Yaxşıca yağlanmış keks qabına tökün və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.

Südlü şərbətli şirniyyat (foto resept)

Kek bişənə qədər qazanda süd və şəkəri isidi, şəkər əriyənə qədər qarışdırın və qazın üstündən götürün və soyudun.

Bişən keksin üstünə südlü şərbəti tökün və keksin şərbəti canına çəkməsini gözləyin. 

Südlü şərbətli şirniyyat (foto resept)

Sonra üstü üçün toz krem şanti ilə 1 su stəkanı soyuq südü çırpın. Şərbəti çəkilmiş və soyumuş keksin üstünə krem şantini yaxşıca yayın.

Sonra hindistan qozu səpərək servis edin.

Südlü şərbətli şirniyyat (foto resept)

 

30 yanvar 2019
GO BACK