Qadin.NET / Portağallı piroq (foto resept)

Portağallı piroq (foto resept)


Tərkibi:

3 ədəd yumurta

1 su st toz şəkər

1 su st portağal suyu

1 su st süd

yarım su st duruyağ

3 su st un

1 paket qabartma tozu

1 y/q sürtgəcdən keçirilmiş portağal qabığı

2 paket vanil

 

Hazırlanması:

Dərin qabın içinə yumurta və şəkəri əlavə edib, mikserlə çırpın.

Sonra qalan ərzaqları əlavə edib, çırpmağa davam edin. 

Portağallı piroq (foto resept)

Yaxşıca yağlanmış soba qabına kek xəmirini töküb, 180 dərəcədə 35-40 dəqiqə bişirin.

Üstünə pudra şəkəri səpərək servis edə bilərsiniz.

Portağallı piroq (foto resept)

 

 

27 yanvar 2019
GO BACK