Qadin.NET / "Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Tərkibi:

Biskivit üçün:

yumurta - 6 ədəd
şəkər tozu - 2/3 stəkan
un - 3/5 stəkan
kakao - 2 xörək qaşığı
soyuq su - 2 xörək qaşığı
qabartma tozu - 1 çay qaşığı
vanil - 1 paket

Krem üçün:
südlü şokolad - 300 q
qaymaq - 2 stəkan
şəkər pudrası - 1 xörək qaşığı

Hazırlanması:
Yumurtalar və  şəkər mikserlə ağarana kimi çalınır.
Mən  miqdarları yarıya bölərək, iki biskivit hazırladım.
"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Sonra kakao, un, vanil, su və qabartma tozunu əlavə edərək, qaşıq və ya qarışdırıcı ilə yavaş-yavaş qarışdırırq. 

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Hamısı qarışdıqdan sonra yağlanmış biskivit qabının içərisinə xəmirimizi tökürük, 180 dərəcədə, qalxıb üzəri azca qızaranadək bişiririk. 

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Kremi hazırlamaq üçün isə qaymağı bir az isidirik, şəkər pudrasını və şokoladları da doğrayıb üzərinə əlavə edib, qarışdırırıq.

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Tam əriyib qarışdıqdan sonra soyuducuya qoyuruq, krem halına düşənədək bərkiməsini gözləyirik.

Biskiviti hazırdır, ortadan kəsərək iki hissəyə ayırırıq.

"Truffle" tortu - 1 (foto resept)

Üzərinə kremi çəkirik, digər biskiviti üstünə qoyub hər tərəfini kremləyirik.

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Üzərini kakao, kakos, çərəz ovuntuları, digər xırdalanmış bəzək şirniyyatları ilə və ya ürəyiniz necə istəyirsə elə də bəzəyə bilərsiniz.
Mən  kakao səpdim və hazırladığım sadə truffleləri düzdüm.

"Truffle" tortu - 1 (foto resept)

Truffle tortumuz artıq hazırdır. 

"Truffle" tortu - 1 (foto resept)

"Truffle" tortu - 1 (foto resept)

Nuş olsun!
 
P.S. Tort bütün tortlarda olduğu kimi 5-6 saat soyuducuda qaldıqdan sonra  dadlı və kakaosu hər tərəfinə tam çökdüyündən daha gözəl görünür. 
Və çox tünd olub, narahat etməməsi üçün südlü kakaodan istifadə etmək olar.

13 sentyabr 2011
GO BACK