Qadin.NET / Kakaolu keks (foto resept)

Kakaolu keks (foto resept)

 

Tərkibi:

4 yumurta

1 su st şəkər

1 paket vanil

1 su st süd

2 su st un

3 y/q kakao

1 qabartma tozu

şokolad sousu

 

Hazırlanması:

Yumurtaları və şəkəri 5 dəqiqə ərzində ağ krem halına düşənə qədər çırpın.

Ardınca süd, duru yağ əlavə edin və çırpmağa davam edin.

Son olaraq un, kakao və qabartma tozu əlavə edib çırpın.

Kakaolu keks (foto resept)

İçinə vanil də əlavə etdikdən sonra 175 dərəcəlik isidilmiş sobada bişirin. 

Kek bişərkən hazır şokolad sousunu südə qataraq bişirin və soyuması üçün kənara qoyun.

Bişən və soyuyan kekin üstünə şokoladlı sousu gəzdirin.

Kakaolu keks (foto resept)

 

30 dekabr 2018
GO BACK