Qadin.NET / Ağızda əriyən limonlu tort (foto resept)

Ağızda əriyən limonlu tort (foto resept)

Tərkibi

 

keks üçün;

3 ədəd yumurta

150 qram toz şəkər

100 qram yumşalmış marqarin (istəyə görə kərə yağı)

1 ədəd qabartma tozu

1 ədəd vanil

150 qram un

 

Kremi üçün

3 ədəd yumurta

1 ədəd vanil

1 ədəd vanil pudinqi

150 qram toz şəkər

100 qram yumşalmış marqarin və ya kərə yağı

500 qram yağlı/yağsız qatıq

1 ədəd orta boy limon suyu

 

Hazırlanması:

 

Keks ərzaqlarını hazırladıqdan sonra yumurta və şəkəri çırpın, sonra bütün keks ərzaqlarını əlavə etdikdən sonra hər birini çırpın. Yağlı kağız sərili qəlibə tökün. Krem ərzaqlarını bir arada saxlayaraq çırpın.

Ağızda əriyən limonlu tort (foto resept)

Krem ərzaqlarını bir qabda çırpın. Hazır olan kremi hazırladığınız keks xəmirinin üstünə yayın. 180 dərəcəlik sobada 50-55 dəqiqə bişirin. Bişmiş tortu soyuduqdan sonra servis edin.

Ağızda əriyən limonlu tort (foto resept)

 

22 dekabr 2018
GO BACK