Tərkibi:
1 stəkan xaşxaş
4 yumurta
1 stəkan qatıq
1 stəkan şəkər tozu
1 stəkan un
Vanil
2 çay qaşığı qabartma tozu
Krem üçün:
200 qram yağ
1 banka qatılaşdırılmış süd
Hazırlanması:
İlk öncə yumurta və xaşxaş yaxşıca çalınır.
Sonra üzərinə şəkər tozu əlavə edib mikserlə ağarana kimi çalırıq.
Daha sonra üzərinə qatıq əlavə edib çalırıq.
Ən sonda qabartma tozunu unla qarışdırıb qarışığın üzərinə töküb çalırıq və yağlanmış listə töküb 180 dərəcədə öncədən isidilmiş sobada 10-15 dəqiqə bişiririk.
Soyuquqdan sonra stəkanın köməyilə yumru şəkildə kəsirik.
Kəsdiyimiz yumrunun hər tərəfini kremləyirik.
Kremlədikdən sonra yenə üzərinə bir lay da qoyub kremləyirik.
Kəsdikdən sonra biskvitin yerdə qalan hissələrini xırdalayırıq.
Və kremlənmiş mini tortumuzun hər tərəfinə səpirik.
.
Budur, xaşxaşlı mini tortumuz hazırdır.
Nuş olsun!