Qadin.NET / Şokolad souslu fındıqlı tort (foto resept)

Şokolad souslu fındıqlı tort (foto resept)

 

Tərkibi:

4 yumurta

1 çimdik duz

150 qram pudra şəkər

150 qram kərə yağı

1 paket qabartma tozu

1 ç/q darçın

1 ç/q mixək

350 qram kök

150 qram çəkilmiş fındıq içliyi

Yarım limonun sürtgəcdən keçirilmiş qabığı

 

Sous üçün

150 qram bitter şokolad 

170 millilitr krem

 

Hazırlanması:

Yumurtaları, çimdik duz və pudra şəkəri ilə köpüklü olana qədər çırpın. Daha sonra un, qabartma tozu, darçın, mixək, fındıq içliyi və sürtgəcdən keçirilmiş limon qabığını bir qabda qarışdırın.

Şokolad souslu fındıqlı tort (foto resept)

İki qarışımı 1 qabda qarışdıraraq içinə sürtgəcdən keçirilmiş kökləri əlavə edin. Yağlanmış listə tökərək əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada 30 dəqiqə bişirin. Daha sonra şokoladı əridin. Bişən keksin üstünə tökün. Üstünə fındıqları düzün. 

Şokolad souslu fındıqlı tort (foto resept)

 

17 noyabr 2018
GO BACK