* 3 yumurta
* 1 st. toz şəkər
* 2 xörek q. toz badam
* 1,5 st. sökə un
* 1 paket vanil
* 1 paket qabartma tozu
* yarım çay q. su
Krem üçün:
* 2 st. süd
* 1 çay st. toz şəkər
* 2,5 xörek q. sökə un
* 1 xörek q. vanil
* 2 xörek q. damla şokolad
Keksi yumşaltmaq üçün:
* böyürtkən marmeladı
Şanti üçün:
* 1 paket toz şanti
* 1 su b. süd
Üzəri üçün:
böyürtkən
Kremi üçün qazana 2 su stəkanı südü alın. Südün üzərinə, 1 çay stəkanı toz şəkər, 2. 5 şorba qaşığı un, 1 şorba qaşığı vanil əlavə edib davamlı qarışdıraraq kremi bişirin. Keksi üçün ayrıca qaba 3 ədəd yumurta qırın. Yumurtaların üzərinə 1 su stəkanı toz şəkəri əlavə edin və mikserlə çırpın. Üzərinə yarım çay stəkanı soyuq su əlavə edin və qarışdırın. Üzərinə 1.5 su stəkanı un, 1 paket vanil, 1 paket qabartma tozu əlavə edin və qarışdırın. Yumru bir çevrənin altını yağlı kağız ilə bağlayın.
Yumru çevrənin içinə keks qarışığını boşaldın. Əvvəldən isidilmiş olan 175 derecelik sobada bişirin. Bişən tort keksini bişəndən sonra soyumağa buraxın. Daha sonra 3 qat kəsin. Servis qabına 1 qat tort keksini qoyun. Üzərinə böyürtkən cemi çəkin. Üzərinə kremin yarsını tökün və yayın. Üzərinə damla şokolad sepin. Üzərinə 2ci tort keksini qoyun və əlinizlə basın. Üzərinə böyürtkən cemi və kremdən tökün. Üzərinə son keksi qoyun və üstünə şanti çəkin. Daha sonra tortun kənarlarını şanti ilə bəzəyin.
Nuş olsun!