Qadin.NET / "Tısbağa" tortu və "Zebra" piroqu

"Tısbağa" tortu və "Zebra" piroqu

 

"Tısbağa" tortu (istifadəçi: vlada)

Tərkibi:
6 yumurta
1.5 stəkan şəkər tozu
1 çay qaşığı sirkdə həll olunmuş soda
2 stəkan un

Krem üçün:
1 stəkan şəkər tozu
100 qram kərə yağı
3 stəkan xama

Hazırlanması:
Yumurtayla şəkər tozunu əriyənə kimi çırpırıq.


Üzərinə sirkədə həll olunmuş soda tökürük.


Un əlavə edib qarışdırırıq və listə 1 xörək qaşığı olmaqla töküb bişiririk.


Kremi hazırlayırıq: xama ilə şəkər tozunu çırpırıq, üzərinə yağ əlavə edirik.


Peçenyelərimiz bişdikdən sonra kremə batırıb tısbağa formasında qaba yığırıq.


 və tortumuz hazırdır.

 Nuş olsun!
Xanımlar, bağışlayın, birinci əl işim olduğu üçün bir az səliqəsiz cıxıb. smile  

Zebra piroqu (istifadəçi: leylahuseynova)

 
Tərkibi:
4 yumurta
1 st şəkər tozu
 1 st süd    
1 st  bitki yağı
 2 st  un 
1 vanil
1 qabartma tozu
2 xörək qaşığı kakao
1 st qoz ləpəsi 
  
Bir qabda   yumurta ilə  şəkər tozunu  çalırıq ağarana kimi. Daha  sonra üzərinə  duru yağı, unu, vanili, qabartma tozunu, qozu əlavə edib  qaşıqla qarışdırırıq. 



İki hissəyə bölürük və tavaya  iki qaşıq  üst-üstə  tökürük . Tavanı tərpətmək olmaz,  özü yayılacaq.









  Piroqumuz hazırdır. Üzərinə şokolad  rəndələyə bilərsiniz.

Nuş olsun!

9 oktyabr 2011
GO BACK