Tərkibi:
Tort biskiviti(pandispanya) üçün:
6 yumurta
3/4 su stəkanı un
1/4 su stəkanı nişasta
1 su stəkanı toz şəkər
1 paket vanil
Azərduz yodlu narın xörək duzu
Tortun kremi üçün:
1,5 su stəkanı süd
3 ədəd yumurta sarısı
3 yemək qaşığı un
4 yemək qaşığı toz şəkər
1 paket vanil
2 yemək qaşığı nişasta
Üstünün bəzədilməsi üçün:
Dr Oetker məhsullarından
Bitter şokoladlı qlazur

Bəzəmə qlazurları

Hazırlanması:
Əvvəlcə 6 yumurtanın ağları ilə sarılarını bir-birindən ayırırıq.Burda ən vacib nöqtə yumurta ağları ilə sarıları qarışmamalıdır.
Sonrakı addım yumurta sarıları ilə toz şəkər birlikdə əvvəl yavaş ,sonra daha sürətli mikserlə çırpılır.Rəngi ağarıb krem halına gəldiyində,bilin ki,çırpmanı dayandıra bilərsiniz.
Növbəti addımda yumurta ağlarının üzərinə bir çimdik duz səpilərək mikserlə çırpılır.Elə etmək lazımdır ki,yumurta ağları çırpıldıqdan sonra üç özü qədər miqdara çatsın.Yumurta ağlarının tort biskvitinin qabarmasında böyük rolu vardır.
İndi isə heç vaxt itirmədən(yumurta ağları qabarıqlığını itirməsin deyə) yumurta sarısı olan qarışıma vanil,un və nişastanı ələyərək(mütləqdir!)əlavə edib altdan yuxarıya doğru qarışdırırıq.
Yumurta ağı köpüyü Biskvit xəmirinə əalvə olunub yenə də altdan yuxarıya doğru spatule və ya taxta qaşıqla qarışdırırlır.
Tort biskvitini bişirmək üçün mən biskvit dairəsindən istifadə etdim.
Bu dairə qabın içərisinə yağlı kağız yerləşdirilir.
Və hazırlanmış biskvit xəmiri bişirmə qabına tökülür.
Qeyd:Bu addımları etdiyiniz zaman sobanızı mütləq 180 dərəcədə isitməlisiniz.
Biskvit xəmirinin çökməsinin qarşısı alınmalıdır.
Biskvitimiz bişdikdən sonra:
Kremin hazırlanması:
Biskvit soyuması üçün bir kənara qoyulur və tortun sadə kreminin hazırlanmasına başlanır.Kremin tərkibi haqqında yuxarıda miqdarlar qeyd olunmuşdur:
Bir onu qeyd edim ki,mən paket vanil yerinə kremdə vanil essensiyası istifadə etmişəm.vanil tozundan fərsi yoxdur,sadəcə essensiya daha aromalıdır.
Əvvəlcə yumrutaların sarısını ağından ayırırıq.İçərisi teflon olan bir qazana və ya krem bişirəcəyiniz qaba yumurta sarılarını tökürük.Daha sonra kremin tərkibində göstərilən vəsaitlərin hamısını əlavə edib yaxşıca çırpırıq ki,topaclanma olmasın.
Krem tərkibini ocağa alıb orta atəşdə bişiririk,bişmə müddətində qarışdırmağa davam edirik.Krem halına gəlməsini görüncə ocaqdan endiririk və soyumaq üçün qoyuruq.Soyumasını gözləmədən,həm də arada bir qarışdırırıq ki,üstü qatmaqlanmasın.
Əhəmiyyətli bir nöqtə:
Tortun biskviti və xəmirinin daha gözəl alınması üçün həm biskvit,həm də krem bir gecə soyuducuda saxlanmalıdır.
Tortun bəzədilməsi mərhələsi:
Bir gecə soyuducuda saxlanılan tort biskviti çıxarılaraq ortadan 2 yerə bölünür(istəyən 3 yerə də bölə bilər)
Krem də soyuducudan cıxarılaraq biskvitin bir qatının üzərinə çəkilir.
Biskvit qatlarının arasına kremin üzərindən zövqə görə meyvələrdən düzə bilərsiniz.Mən mövsümə görə şaftalı düzdüm.
Daha sonra tort dilimini yeyərkən qıtır-qıtır etməsi üçün Damla şokolad səpdim.
Və digər biskvit qatını da qoyub,üzəri təkrar kremlənir.
Tortun üst qatını örtmək üçün Bitter şokoladlı qlazurdan istifadə edilmişdir.Qlazurun istifadəsi haqqında üstündə məlumat verilmişdir.
Qlazurun üzərini istədiyiniz şəkildə bəzəyə bilərsiniz.Bu sizin fantaziyanıza bağlı olacaq.
Mən əvvəlcə bir ədəd gülən peçenye qoydum.
Daha sonra bəzəmə qlazurları ilə şəkillər çəkdim,Alpay adını yazdım.
Kənarlarını da bəzəkli etdim))
Tortumuz hazır oldu,təkrar servis edilənə qədər soyuducuya qoyuldu.
Nuş olsun!