Qadin.NET / Qırmızı kadife tort (foto resept)

Qırmızı kadife tort (foto resept)

Tərkibi:

 

2 st un

1 y/q kakao

yarım paket kərə yağı

1 st toz şəkər

2 yumurta

1 ç/q vanil

1 su st süd

1/2 limonun suyu

1 y/q sirkə

1 ç/q karbonat

 

Krem üçün 

4 su st pudra şəkəri

yarım paket krem pendiri

4 y/q kərə yağı

1 ç/q vanil

 

Hazırlanması:

 Kərə yağı, şəkər və yumurtaları yaxşıca çırpın. Daha sonra digər keks ərzaqlarını əlavə edərək taxta qaşıqla qarışdırın. Alınan xəmiri qəliblərin içinə tökün və 120 dərəcədə 30 dəqiqə bişirin.

Qırmızı kadife tort (foto resept)

Krem üçün olan ərzaqları bir qabın içində mikser köməyi ilə çırpın. Çırpdıqca köpükləndiyini görəcəksiniz.

Qırmızı kadife tort (foto resept)

Bişən keki ortadan ikiyə bölün və hazırladığınız kremi içinə sürtün. Keksi  dilimlər halında servis edin.

Qırmızı kadife tort (foto resept)

 

 

20 iyul 2018
GO BACK