Tərkibi:
125 qram marqarin
1 pkaet krem
2 y/q kakao
2 y/q pudra şəkəri
1,5 bisküvit
Üstü üçün:
1 çay st sürtgəcdən keçirilmiş hindistan qozu
Hazırlanması:
Pudra şəkəri, krem və kakaonu bir qabın içində çırpın. İçinə yağı da əlavə edərək qarışdırmağa davam edin.
Bisküvitləri qıraraq bu qarışımın içinə atın və qarışdırın. Alınan qarışımı alminium kağızın içinə bükərək üçbucaq forma verin və soyuducuya qoyun.
3 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.