Qadin.NET / Limonlu süd tortu (foto resept)

Limonlu süd tortu (foto resept)

Tərkibi:

1,5 su manna yarması

6 su st süd

1,5 su st toz şəkər

1 ç/q sürtgəcdən keçirilmiş limon qabığı

2 paket vanil

 

Üst qat üçün

4 ədəd kövrək (oxlov ya da mərdanə ilə açılan, yumru və incə xəmir yarpağı)

 

Aralar üçün:

1 ç/st əridilmiş kərə yağı

4 y/q süd

 

Üstü üçün

4 y/q pudra şəkəri 

 

 

Hazırlanması:

Manna yarmasını, südü və toz şəkəri qazanın içində tündləşənə qədər qarışdırın. Daha sonra sobadan götürün və içinə limon qabığı ilə vanili əlavə edin. Alınan qarışımı servis edəcəyiniz qaba boşaldın.

Limonlu süd tortu (foto resept)

 Üzərinə kövrəkləri qoyun. Aralarına bol miqdarda kərə yağı çəkin. 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirin. Bişən şirniyyatarı pudra şəkəri ilə servis edin.

Limonlu süd tortu (foto resept)

 

6 iyun 2018
GO BACK