Qadin.NET / Bisküvit tortu (foto resept)

Bisküvit tortu (foto resept)

Tərkibi:

1 litr süd

1,5 st un

yarım su st kakao

1,5 su st şəkər

1 paket vanil

150 qram kərə yağı

 

qatlar üçün ərzaq

yarım paket kakaolu bisküvit

yarım paket sadə bisküvit

fıstıq

 

Hazırlanması:

İlk əvvəl birinci tərkibdə olan ərzaqlardan şərbət kimi sous hazırlayın. Tortu servis edəcəyiniz qabın içini kərə yağı ilə yağlayın.

Bisküvit tortu (foto resept)

Hazırladığınız sousdan qaba biraz tökün, sonra üstünə bisküvitlər qoyun. Bunu bütün bisküvitlər bitənə qədər edin. 

Hazır olan tortu soyuducuya qoyun. Tamamilə soyuduqdan sonra servis edin.

Bisküvit tortu (foto resept)

 

 

24 may 2018
GO BACK