Qadin.NET / Lobyalı tort (foto resept)

Lobyalı tort (foto resept)

Tərkibi

2 su st quru paxla

3 ədəd yumurta

1,5 su st şəkər

4 y/q un və ya düyü unu

1 çay st qoz

1 paket qabartma tozu

 

Sousu üçün

1 su st süd

1 y/q nişasta

2 y/q kakao

2 y/q şəkər

1 ç/q kərə yağı

İstəyə görə şokolad

 

 

Hazırlanması

Lobyaları qaynadın və blenderdən keçirin. Bir tərəfdən də şəkər və yumurtaları çırpınş Bu prosesin ardınca lobyalarla digər ərzaqları əlavə edin. Bütün ərzaqları xəmir alınana qədər yoğurun. Alınan xəmiri sobaya qoyun və 180 dərəcədə 30 dəqiqə bişirin.

Lobyalı tort (foto resept)


Kremini hazırlamaq üçün, şokolad və kərə yağı istisna olmaq bütün ərzaqları bir qazanın içinə qoyaraq bişirin. Krem halına gəldikdən sonra içinə kərə yağını və şokoladı əlavə edin.

Lobyalı tort (foto resept)


Bişmiş keksi sobadan çıxarandan sonra soyumağa qoyun. Soyuduqdan sonra üzərinə hazırladığınız sousu əlavə edərək servis edin.

Lobyalı tort (foto resept)

24 aprel 2018
GO BACK