Tərkibi:
3 st un
1 paket kakao
1 st şəkər
1 paket qabartma tozu
1 st duru yağ
2 ədəd yumurta
1 st qatıq
2 çay qaşığı qəhvə
Ağ qat üçün:
2 st süd
2 pletka ağ şokolad
Şokoladlı qat üçün:
1 paket kərə yağı
1 st pudra şəkəri
1 paket kakao
1 pletka bitter şokolad
yarım paket krema
Hazırlanması:
1. Kek tərkibini bir qabın içində yaxşıca çırpın. Alınan keki 120 dərəcədə 30 dəqiqə bişirin. Bişən keki ortadan iki yerə ayırın.
2. Ağ şokoladı ilıq süddə əridin.
3. Kekin alt hissəsinə ağ şokoladlı qarışımı tökün və digər yarısı ilə üstünü örtün.
4. Şokoladlı qat üçün ayrılan məhsulların hamısını bir yerə töküb, çırpın.
5. Şokoladlı qatı tortun hər tərəfinə çəkin. Tortu meyvələrlə bəzəyin.