Tərkibi:
(1 biskvit üçün)
5 ədəd yumurta
1 ədəd xama
200 qr şəkər
200 qr un
1 ədə vanil
1 ədəd qabartma tozu
Krem üçün:
380qr qatılaşdırılmış süd
350 qr yağ
1 ədəd vanil
Pudra şəkəri
Kakao
Doğranılmış qoz
Hazırlanması:
Yumurtanın ağı sarısından ayrılaraq çalınır
Şəkər tozu az-az əlavə olunaraq çalınır
Yumurtanın sarısı əlavə olunur
Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur
Qarışdıqdan sonra un,vanil və qabartma tozu tökülür
Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın
180 dərəcədə 20 dəqiqəyə bişir ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.
Kremin hazırlanması:
Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın
Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.
Nuş olsun!