Qadin.NET / Qarağatlı tort

Qarağatlı tort

Tərkibi:

150 qram kərə yağı

1 ədəd yumurta

160 qram şəkər

1 xörək qaşığı limon qabığı

750 qram qarağat

2 xörək qaşığı suxari

6 ədəd yumurta ağı

2 xörək qaşığı nişasta

200 qram üyüdülmüş badam

2 xörək qaşığı şəkər pudrası

Qarağatlı tort

Hazırlanması:

Un, 1 ədəd yumurta, kərə yağı, 60 qram şəkər və limon qabığını döymə xəmir edin. Sonra salafana qoyub 30 dəqiqəliyinə soyuducuya qoyun. 

Xəmiri yayın. Sobanı 175 dərəcə qızardın. Listi yağlayın. Xəmirin üzərinə suxari səpib listə qoyun. Listin qıraqlarını da tutsun. 

Yumurtanın ağını çalın. Arada şəkər (200 qram) əlavə edin. Köpük yaranana kimi çalın. Qarağatın üzərinə nişastanı əlavə edib qarışdırın. Sonra badamıda qatıb, köpüyə əlavə edin. Yaxşıca qarışdırın. Xəmirin üzərinə əlavə edin. 45 dəqiqə bişirin. Bişməyə qoyduğunuzdan 20 dəqiqə keçən kimi üzərini soba kağızı ilə örtün.

3 aprel 2017
GO BACK