16 nəfərlik
Tərkibi:
200 qram kərə yağı
300 qram şəkər
4 ədəd yumurta
250 qram un
2 çay qaşığı qabartma tozu
100 ml portağal likörü
400 ml krem
400 ml xama
1 sürtgəcdən keçirilmiş portağal qabığı
1 paket vanil
100 qram şəkər pudrası
Hazırlanması:
Sobanı 170 dərəcədə qızdırın. Kərə yağını 180 qram şəkər və yumurta ilə qarışdırın. Sonra un və qabartma tozunu əlavə edin. Xəmiri 3 hissəyə ayırın. Sobanın listinə kağız qoyun və xəmirin bir hissəsini yayıb bişirin. Qalan iki hissəyə isə kakao əlavə edib eyni qayda ilə bişirin. Xəmiri bişdikdən sonra soyudun. Sonra portağal likörünün yarısını üzərinə çiləyin.
Kremanı qarışdırın. Üzərinə 100 qram şəkər əlavə edib qarışdırın. Sonra portafal qabığı və vanili əlavə edin. Qarışdırarkən asta-asta xamanı əlavə edin.
Əvvəlcə kakaolu biskivtin birinin üzərinə kremi çəkin, sonra ağ biskiviti qoyun. Yenə krem çəkib kakaolu biskiviti qoyun. Üzərinə də krem çəkin.
Şəkər pudrasını qalmış likörlə qarışdırın. Sonra tortun üzərinə yayın. 24 saat soyuducuda saxladıqdan sonra tortumuz hazırdır. Üzərini zövqünüzə görə jelatin və ya konfetlə bəzəyə bilərsiniz.