Qadin.NET / Bananlı tort (foto resept)

Bananlı tort (foto resept)

Tərkibi:

Un - 2 stəkan

Şəkər tozu - 200 q.

Yumurta - 5 ədəd

Qabartma tozu - 10 q.

 Mayonez - 300 q.  

 Qatlaşdırılmış süd - 370 q.

Krem üçün:

 Qatlaşdırılmış süd - 200 q.

"Best Cow" kərə yağı - 150 q.

Banan - 3 ədəd

Vanil - 5 q.

Hazırlanması:
  
Əvvəlçə krem hazırlanır:
Banan soyulur və blendernən əzilir.
 

Ayrı qabda yumşaq kərə yağı çalınır, sonra üzərinə qatlaşdırılmış süd və vanil əlavə edilir və

Yumşaq kərə yağı çalınır, sonra üzərinə qatlaşdırılmış süd və vanil əlavə edilir və əzilmiş bananı əlavə edib yenidən çalırıq.

 

Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Sonra mayonezi, qatlaşdırılmış südü əlavə edib qarışdırın.

İndi çalınmış kütlənin üzərinə ələnmiş un və qabartma tozu əlavə edilir, yaxşı qarışdırılır.

Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. Qabin diametri 22 sm. - dir.
170 dərəcədə bişirmək lazımdır.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş biskiviti bıçaq vasitəsi 3 hissəyə bölürük. 

Indi soyumuş biskvitin üzərinə krem çəkilir. 

Sonra biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq, sonra krem çəkilir.

Eyni qayda ilə biskvitin 3 - cü hissəsini də kremləyirik.

Daha sonra biskvitin kənar hissələrini kremləyirik.

 İstəsəniz öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.

 

Budur, tortumuz hazırdır!
Nuş olsun! 
 (Tərcümə edilib)
15 mart 2017
GO BACK