Qadin.NET / Asan tort (foto resept)

Asan tort (foto resept)

Tərkibi:

Un - 300 - 350 q.

Şəkər tozu - 100 q.

Yumurta - 3 ədəd (sarısı)

Qabartma tozu - 1 ç. q. 

Krem üçün:

 Qatlaşdırılmış süd (bişmiş) - 600 q.

"Best Cow" kərə yağı - 250 q.

Vanil - 5 q.

Hazırlanması:
   

Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın.

Sonra  yumşaldılmış kərə yağı əlavə edib qarışdırın.

İndi çalınmış kütlənin üzərinə ələnmiş un və qabartma tozu əlavə edilir, yaxşı qarışdırılır.

Sonra xəmir dörd yerə bölünür.

15x15: olan soba qabını yağlayıb unlayırıq və xəmirin bir hissəsini qaba yerləşdirin. Və hər birini beləcə bişirin. 

Biskvitlərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Bu ərəfədə kremi qarışdırırıq:

Yumşaq kərə yağı çalınır, sonra üzərinə qatlaşdırılmış süd və vanil əlavə edilir və yenidən çalırıq.

Kremdən bir qədər götürüb biskvitə çəkin.

Eyni qayda il biskvitin ikinci, ücüncü və sonuncu dördüncü hissəsini krem üzərindən qoyuruq.

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Kremi biskvitin üzərinə çəkirik, sonra zövgə görə kremin üzərinə çəkilmiş və ya doğranmış qoz səpirik.
Buyurun, tortumuz hazırdır!
Nuş olsun!
 (Tərcümə edilib) 
8 mart 2017
GO BACK